REGİONLAR


Naxçıvanda yeni elektron xidmət istifadəyə verilib

A+ A

Naxçıvan, 7 sentyabr, AZƏRTAC

Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu tərəfindən təqdim olunmuş 20 elektron xidmətin sayı 21-ə çatdırılıb.

AZƏRTAC xəbər verir ki, fond tərəfindən sığortaedənlərin istifadəsinə verilmiş yeni “Dəfn üçün müavinətin ödənilməsi ilə bağlı müraciətin və sənədlərin qəbulu” elektron xidməti Naxçıvan Muxtar Respublikası “Elektron hökumət” portalında və Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondunun internet səhifəsində yerləşdirilib.

Elektron xidmətdən istifadə üçün sığortaedən www.dsmf.nakhchivan.az internet ünvanına daxil olur, Rabitə və Yeni Texnologiyalar Nazirliyi tərəfindən verilmiş e-imza kartı ilə bu elektron xidməti seçir və müvafiq xanaları dolduraraq sorğu edir. Elektron formada göndərilmiş müraciət və sənədlər Dövlət Sosial Müdafiə Fondu orqanı tərəfindən qəbul edilir və bu barədə sorğu edənə elektron təsdiqetmə bildirişi göndərilir. Yeni istifadəyə verilmiş elektron xidmət dəfn müavinətinin alınması üçün müvafiq sənədlərin sığortaedən tərəfindən rəsmiləşdirildikdən sonra fondun yerli orqanlarına təqdim edilməsi prosesinə sərf olunan vaxtın minimuma endirilməsi ilə yanaşı, bu prosesin daha da sadələşdirilməsi və təkmilləşdirilməsi məqsədini daşıyır.

Çoxsaylı pensiyaçı və sığortaolunanlara müasir əsaslarla xidmətin təşkili məsələlərinin həllində Naxçıvan Muxtar Respublikası Dövlət Sosial Müdafiə Fondu öz üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlməyə çalışır. Sığorta-pensiya sistemində həyata keçirilən islahatlara uyğun olaraq fond tərəfindən digər elektron xidmətlərin də aktivləşdirilməsi və “Elektron hökumət” portalına inteqrasiya edilməsi istiqamətində tədbirlər davam etdirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.