SİYASƏT


Naxçıvanda yeni tut bağı salınıb

A+ A

Naxçıvan, 22 oktyabr, AZƏRTAC

Muxtar respublikada meyvəçiliyin inkişafı diqqət mərkəzindədir. Qəbul olunan dövlət proqramlarının icrası meyvəçiliyin inkişafında yeni mərhələnin əsasını qoyub. Bu iş keçirilən iməciliklər zamanı da diqqətdə saxlanılır, yaşıllıq zolaqları ilə yanaşı, hər il yüz hektarlarla meyvə bağı da salınır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, oktyabrın 22-də Naxçıvan Muxtar Respublikasında növbəti iməciliklər keçirilib, meyvə bağları salınıb, yaşıllıqların sahəsi artırılıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin, Nazirlər Kabinetinin və Kəngərli Rayon İcra Hakimiyyətinin kollektivləri Naxçıvan-Şərur avtomobil yolunun kənarında, Böyükdüz kəndi ərazisində iməcilik keçirib, yeni tut bağı salıblar.

Tut bağı üçün nəzərdə tutulan ərazi 12 hektardır. Ərazidə meliorativ və aqrotexniki tədbirlər görülüb, torpaq qatı əkin üçün yararlı vəziyyətə gətirilib. Qapalı suvarma şəbəkəsinin qurulması bu ərazinin də dayanıqlı su təminatına imkan verəcəkdir. İməcilik iştirakçıları ərazinin 2 hektarında 1100 ədəd tut tingi əkərək suvarıblar.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov iməcilikdə iştirak edib, əkin işlərinin davam etdirilməsi barədə tapşırıq verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.