REGİONLAR


Naxçıvanda yeniyetmələr arasında sərbəst güləş birinciliyinə yekun vurulub

Naxçıvan, 24 iyun, AZƏRTAC

Naxçıvan şəhərindəki İslam Hümbətov adına uşaq-gənclər idman məktəbində 26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Gününə həsr olunmuş yeniyetmələr arasında sərbəst güləş üzrə açıq birinciliyə yekun vurulub.

AZƏRTAC xəbər verir ki, yarışda Beynəlxalq Güləş Federasiyasının qaydalarına uyğun olaraq, idmançılar 11 çəki dərəcələrində mübarizə aparıblar. Yarışın yekun nəticəsinə əsasən, Namiq Əlizadə, Nicat Ocaqquliyev, Elvin Zamanov, Tuncay Məmmədov, Rəşad Qəmbərov, Fərid Rzayev, Qəmbər Qasımov, Nuruağa Nəcəfov, Heydər Nəcəfov, Ayxan İsmayılov və Nurəddin Əliyev qalib adını qazanıblar.

Qaliblərə uşaq-gənclər idman məktəbinin diplomları təqdim olunub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.