Azərbaycan Dövlət İnformasiya Agentliyi

REGİONLAR

Naxçıvanın daş abidələri xalqımızın daş yaddaşıdır

Naxçıvan, 30 aprel, AZƏRTAC

Naxçıvan ərazisi tarixi abidələrin zənginliyinə görə Azərbaycanda özünəməxsus yer tutur. Bu qədim diyarda antik, orta əsrlər dövrünə aid maddi-mədəniyyət nümunələri, ilk insanların yaşadıqları mağaralar, qədim yaşayış yerləri, möhtəşəm qala divarları, qayaüstü rəsmlər, daş qoç heykəllər, türbələr, körpülər və digər tarixi abidələr yerləşir. Bu abidələr əcdadlarımızın ictimai-mənəvi həyatını, adət-ənənələrini və mədəniyyətini öyrənmək üçün qiymətli mənbədir.

Muxtar respublika ərazisində qəbirüstü xatirə abidələri də geniş yayılıb. Onların böyük bir qismini müxtəlif növ daşlardan hazırlanmış qoç və qoyun heykəlləri təşkil edir. Naxçıvan Muxtar Respublikasının ərazisi bu heykəllərin yayılmasına görə Azərbaycanda ilk yerlərdən birini tutur. Naxçıvandan başqa Qarabağ, Lənkəran, Gəncə və digər bölgələrdə də bu cür abidələrə rast gəlinir. Bu fiqurların geniş yayılması burada yerli əhalinin qədimdən heyvandarlıqla məşğul olduğunu göstərir. Qoç qədim türk xalqlarında güc, qüvvət, bolluq rəmzi hesab edilib, dadlı və keyfiyyətli əti isə əhalinin əsas ərzaq məhsullarından olub.

Azərbaycan ərazisindəki daş qoç və qoyun heykəlləri ölkəmizə gələn səyyah və tarixçilərin diqqətini cəlb edib və onlar öz əsərlərində bu barədə maraqlı məlumatlar veriblər. Ölkəmizdə epiqrafik abidələrin tanınmış tədqiqatçılarından olan AMEA Naxçıvan Bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Fəxrəddin Səfərli bildirir ki, daş qoç və qoyun fiqurları çox qədim tarixə malikdir. Qəbirlərin üzərinə qoyun və qoç fiqurlarının qoyulmasını qədim türk tayfalarının dəfn adətləri və inancları ilə əlaqələndirirlər. Xalq arasında belə fikir var imiş ki, qəbirlərin üzərinə qoyulan bu heykəllər dəfn edilənlərin axirət dünyasında cənnətə getmələrinə kömək edəcək. İslam dini regionda geniş yayıldıqdan sonra qəbirüstü fiqurlar bütpərəstliyi xatırlatdığına görə daha az istifadə olunmağa başlayıb.

Fəxrəddin Səfərli deyir ki, yerli əhalinin daşdan hazırlanmış bu heykəllərə güclü inam bəsləməsi sonralar bu ərazilərə köçürülmüş ermənilərin də onlara ehtiramla yanaşmasına səbəb olub. Onlar bu fiqurları qədim qəbiristanlıqlardan gətirib öz qəbirlərinin də üstünə qoymağa başlayıblar. Ancaq ermənilər bununla da kifayətlənməyib, ötən əsrin sonlarından etibarən bu heykəlləri kütləvi surətdə oğurlayıb aparıblar. Bu abidələri Ermənistan ərazisində müxtəlif yerlərə düzərək erməni mədəniyyət abidələri kimi təqdim etməyə başlayıblar.

Qeyd edildiyi kimi, daş qoç və qoyun fiqurları qədim türk xalqlarının inancları və dəfn adətləri ilə bağlıdır. Bir müddət bu adətdən vaz keçilsə də, Azərbaycan ərazisində Qaraqoyunluların və Ağqoyunluların hakimiyyətdə olması onun yenidən yayılmasına səbəb olub. Fiqurların böyük qismi sadə qoç və qoyun formasında hazırlansa da, bəzilərinin üzərində türk xalqlarının məişətinə, məşğuliyyətinə, incəsənətinə aid müxtəlif təsvirlər həkk edilib. Tək-tək hallarda isə bədəni sənduqə şəklində, baş tərəfi isə qoç başı formasında hazırlanmış abidələrə təsadüf olunur. Müşahidələr göstərir ki, qəbirüstü abidələr üzərində həkk olunmuş təsvirlər, əsasən, mərhumun peşəsini əks etdirir. Sənətkarlara ehtiram olaraq onların ölümündən sonra bu cür abidələr qəbirləri üzərinə qoyulurdu. Adətən, belə heykəllər varlı insanlara məxsus olurdu. Tədqiqatçılar təsdiq edirlər ki, üzərində saz təsviri olan qəbirlər aşıqlara məxsusdur. Bundan başqa, qoç heykəlinin üzərində sazla birlikdə qılınc təsvirinin həkk edilməsi Azərbaycan türklərinin folkloru və etnoqrafiyası üçün səciyyəvi haldır. Culfa bölgəsinin Gülüstan kəndi yaxınlığında, Araz çayının sol sahilində yerləşən qəbiristanlıqda üzərində əlində saz tutmuş insan təsvirləri olan qoç heykəli də aşkarlanıb. Bu abidə ərazidə saz sənətinin inkişafından, orta əsrlərdə burada musiqi məclislərinin keçirilməsindən xəbər verir.

Ordubad, Culfa, Şahbuz, Şərur bölgələrində aşkar olunmuş bu cür qəbirüstü abidələrin üzərində ov təsvirləri də var. Təsvirlərdə ox, kaman, ovçu, öküz təsvirlərini görmək mümkündür. Daş qoç və qoyun heykəllərinin bir neçəsinin üstündə isə at təsvirləri yer alıb. Heykəlin üzərində yəhərli at və qılınc təsvir olunub. Naxçıvanın digər bölgələrində də üzərində at təsviri olan qəbirüstü daş qoç və qoyun heykəlləri aşkar olunub. Bunun səbəbi türk xalqlarında ata böyük hörmət və məhəbbətə yanaşılmasıdır.

Şərur ərazisində tapılmış bir qoç heykəli üzərində isə dəvə karvanı təsvir olunub. Bu təsvir orta əsrlərdə Naxçıvanda dəvədən nəqliyyat vasitəsi kimi istifadə olunduğunu göstərir. Həmçinin bu təsvir Naxçıvan ərazisinin keçid bölgəsi olduğu və burada dəvəçiliyin inkişafı barədə məlumat verir.

Daş qoç və qoyun heykəllərinin bir qrupunun üzərində çoxlu təsvirlərlə yanaşı, kitabələr də həkk edilib. Burada dini xarakterli kəlamlar və mərhumun adı yazılıb. Hesab edilir ki, heykəllər qədim dövrdə hazırlansa da, ərəb qrafikalı kitabələr bura orta əsrlərdə əlavə olunub.

Muxtar respublikanın bölgələrindən gətirilmiş müxtəlif daş abidələrin böyük bir qismi Naxçıvan şəhərində yerləşən “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey Kompleksində mühafizə olunur. Kompleksin direktoru, əməkdar mədəniyyət işçisi Nəzakət Əsədova söhbət zamanı bildirdi ki, burada, ümumilikdə, 226 müxtəlif daş abidə nümayiş etdirilir. Onların da 70-dən çoxu daş qoç və qoyun fiqurlarıdır. Bütün abidələr qədim zamanlardan bəri türklərin bu ərazilərdə tarixin erkən dövrlərindən yaşadığını sübut edir. Bu daş abidələr tarixin sınağından keçərək bu günümüzə gəlib çatıb və özündə qədim türk xalqlarının minilliklərə sığmayan tarixini, mədəniyyətini yaşadır.

AZƏRTAC –ın Naxçıvan

Muxtar Respublikasındakı bürosu

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Ədliyyə naziri Saatlıda vətəndaşları qəbul edib

“Ətirlisən, dadlısan, süfrəmizin yaraşığısan” II Çay Festivalı keçirilib

Martın 18-də aşkarlanan silah və sursatların sayı açıqlanıb

Fransuaza Jilonun rəssamlıq irsi Pikasso Muzeyində

Novruz bayramı ilə əlaqədar yanğın təhlükəsizliyi qaydalarına dair Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edib

Kəngərli rayonunun yaradılmasının 20 illiyinə həsr olunan virtual sərgi təqdim edilib

Bakının abad məhəllələrində Novruz şənlikləri davam edir

Hərbi Prokurorluq işçiləri Müdafiə Nazirliyinin yüksəkrütbəli vəzifəli şəxsləri ilə birgə Novruz bayramı ərəfəsində hərbi hissələrdə olublar

® Monteneqronun sabiq prezidenti Milo Cukanoviç “Azərbaycanın dostu” qızıl ordeni ilə təltif olunub

Dünya Bankı Misirə 6 milyard dollar yardım edəcək

Baş Dövlət Yol Polisi İdarəsi qeyri-iş günlərində səfərə hazırlaşan sürücülərə müraciət edib

Aİ Şurası Ukraynaya yeni yardım fondunu təsdiqləyib

Folklorşünas alim: Torpaq çərşənbəsi insanın təbiətlə həmrəy olması bayramıdır

Türkiyədə fəlakət zonasındakı sakinlər hər ay 15 min evlə təmin ediləcək

DİN: Martın 19-da ölkə üzrə 40 cinayətin açılması təmin olunub

Ölkənin əksər bölgələrinə yağış, dağlıq rayonlara qar yağıb

Dünya birjalarında neft ucuzlaşıb

Zabrat qəsəbəsindəki marketdə baş verən yanğın söndürülüb

Naxçıvanın kəndlərinin içməli su təminatı yaxşılaşdırılır

MDU-da tərəfdaş universitetlərlə birlikdə Çanaqqala Zəfərinin ildönümü qeyd edilib

Azərbaycan nefti bahalaşıb

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva İlaxır çərşənbə ilə bağlı paylaşım edib

® GL 2023-cü ildə neft hasilatı artımına nail olub

Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır

Bakının bəzi yollarında sıxlıq müşahidə olunur SİYAHI

Mövcud hava şəraiti ilə bağlı sürücülərə müraciət edilib

Ukraynanın Krivoy-Roq şəhərində Novruz bayramı ilə bağlı konsert təşkil edilib

Saatlıda narkokuryerlik edən şəxs saxlanılıb

Hüquq müdafiəçisi: Azərbaycan NATO-nun uzunmüddətli tərəfdaşıdır

Türkiyə tədqiqatçıları stressin beyində “zamanın qavranılmasını” pozduğunu müəyyənləşdiriblər

Daşkəsəndə narkotik vasitələr satan şəxs saxlanılıb

Avstraliya məhkəməsi “Uber”i böyük məbləğdə təzminat ödəməyə məcbur edib

Yanlış ayaqqabı uşağın sağlamlığına zərər verə bilər - Mütəxəssis rəyi

Anaklia limanının dəniz infrastrukturunun tikintisi üçün beynəlxalq tender elan edilib

Süni intellekt və lazer əsaslı sensorla mədədəki xəstəliklər müəyyən ediləcək

Braziliyada hiss edilən temperatur 62 dərəcə Selsini keçib

Yaponiyada yaşlı insanlar əməyə cəlb edilir

İraq neft ixracını azaldacaq

Ümumdünya Buxara Yəhudiləri Konqresinin nümayəndə heyəti Qırmızı qəsəbəyə səfər edib

Budapeştdə biznes forumda Azərbaycandakı investisiya imkanlarından danışılıb

Gürcüstanın Təhsil və Elm Nazirliyinin Marneuli İctimai Kollecində təntənəli Novruz şənliyi keçirilib

Azərbaycanın Qırğızıstandakı səfirliyində Novruz bayramı qeyd edilib

Bu gün Torpaq çərşənbəsidir

Şabranda minik avtomobilləri toqquşub, yaralananlar var

“Robotexnika Klubu”nun üzvləri Türkiyədə keçiriləcək “Texnofest”ə layihə təqdim ediblər

Kəngərli rayonunun yaradılmasının 20 illiyi qeyd olunub

Türkiyə və Rusiya prezidentləri arasında telefon danışığı olub

Dövlət Komitəsində Yaponiyada yaşayan azərbaycanlı pianoçu ilə görüş olub

Amur vilayətindəki filiz mədənində qəza baş verib, dağıntılar altında qalanlar var

Media əməkdaşları arasında atıcılıq yarışının qalibləri bəlli olub

Türkiyə Prezidenti: Bu yay İraq sərhədimizin təhlükəsizliyini tam təmin edəcəyik

Naxçıvan ŞİH: Möminə Xatun türbəsinin ətrafındakı tikili ilə bağlı yayılanlar həqiqəti əks etdirmir

Azərbaycanın güləş millisi “Çempionlar” turnirini 10 medalla başa vurub

YAP Səbail rayon təşkilatında Novruz bayramı qeyd edilib

Nigeriyada daha yüz adam oğurlanıb

Azərbaycan-İraq əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Bakı Ali Neft Məktəbində “Huawei” şirkətinin laboratoriyası fəaliyyətə başlayıb

Nazirlik: Hərbi hissələrdə bayram tədbirləri qapalı şəraitdə keçirilir

Azərbaycan atıcıları Almaniyada qızıl medal qazanıblar

Bakı Dövlət Universitetində Novruz şənliyi

Yens Stoltenberq: NATO ilə Azərbaycan arasında əməkdaşlıq üçün yeni çərçivə sənədinin razılaşdırılması üzərində iş aparırıq VİDEO

Beynəlxalq mətbuat Azərbaycan Prezidentinin NATO-nun Baş katibi ilə görüşündən yazır

“Ailəm könüllüləri” proqramının könüllüləri mükafatlandırılıb

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus BAMF-da olub

Azərbaycan icması Böyük Britaniya Parlamentinə etiraz məktubu göndərib

Müdafiə naziri Novruz bayramı münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Unudulmaz bəstəkar Şəfiqə Axundovanın 100 illik yubileyi qeyd olunub

Hikmət Hacıyev: Azərbaycan ilə Çin arasında ənənəvi dostluq və tərəfdaşlıq münasibətləri var VİDEO

Xüsusi təyinatlı təhsil müəssisələrində Çanaqqala zəfərinin 109-cu ildönümü qeyd edilib VİDEO

Ağdamda Bahar bayramı şənliyi keçirilib

Bakının Dəmir yolu vağzalında keçirilən oftalmoloji aksiya zamanı 120 nəfər müayinə olunub 

Monitorinq Mərkəzi Almaniyada “Avropada dilimizin bu günü və sabahı” adlı tədbir keçirib

M.F.Axundzadənin “Müsyö Jordan və dərviş Məstəli şah” əsəri İstanbulda səhnələşdiriləcək

Dövlət qulluğunda inzibati icraçı vəzifələr üzrə test imtahanına qeydiyyat elan edilib

Azərbaycan səfiri Çanaqqala Zəfərinin 109-cu ildönümü münasibətilə təşkil olunan tədbirdə iştirak edib

İsveçrənin ölkəmizdəki səfiri ilə COP29 ətrafında fikir mübadiləsi aparılıb

Avropa dövlətləri Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin dəmir yolu hissəsinin işə salınmasında maraqlıdırlar

Milli Kitabxanada “Tale şairi: Məmməd İsmayıl” adlı kitabın təqdimat mərasimi olub

® “Beyin ölümü diaqnozunun təyininə multidisiplinar yanaşma” mövzusunda seminar keçiriləcək

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 25 dekabr tarixli 503 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dərman vasitələrinin farmakonəzarət Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Xocavəndlilər baharın gəlişini yüksək əhvali-ruhiyyə ilə qeyd edirlər

“Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin işçilərinin say həddinin təsdiq edilməsi və əməkhaqqı fondunun müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2019-cu il 15 iyul tarixli 309 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

QAÇQINKOM-un sədri Siyəzəndə vətəndaşların müraciətlərini dinləyib

Bakı Kitab Mərkəzi xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Novruz şənliyi təşkil edib

“İnternet informasiya ehtiyatı vasitəsilə elektron ticarəti həyata keçirən qeyri-rezidentin elektron qaydada vergi uçotuna alınması, yenidən uçota alınması və uçotdan çıxarılması Qaydası”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 30 oktyabr tarixli 387 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Daha bir neçə müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır

“Müntəzəm beynəlxalq, şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) sərnişin daşımalarının yerinə yetirilməsi ilə bağlı sifarişçinin keçirdiyi müsabiqədə iştiraka görə ödənişin məbləği”nin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 21 avqust tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında telekommunikasiya vasitələri və qurğularının sertifikatlaşdırılması Qaydaları”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Beynəlxalq müsabiqədə qalib gələn tələbələrə diplomlar təqdim edilib

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 10 sentyabr tarixli 256 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının dövlət sərhədindən buraxılış məntəqələrinin sayı və yerləşdiyi ərazilərin siyahısı”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

UNEC kollektivi bu il də Novruz bayramını ahıl sakinlərlə qeyd etdi

Hakim partiyaların fəal dialoqu Azərbaycan-Çin münasibətlərinin inkişafına böyük töhfələr verir

“Daşkəsən rayonunda kartofçuluq təsərrüfatının inkişafına dəstək” layihəsinin icrasına başlanılıb

Azərbaycanda “Elektron kommunikasiya haqqında” qanun layihəsi hazırlanır

Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olunub

MEK Özbəkistanda türkdilli xalqlara həsr edilmiş beynəlxalq konfransda təmsil olunub

“Həvəsləndirmə və Biznes mükafatları” müsabiqəsi barədə məlumatlandırma görüşü keçirilib

Şəhid övladı Novruz tonqalını alovlandırdı

COP29 və elmi-texniki tərəqqi

Özbəkistan istehsal etdiyi yaşıl enerjini Azərbaycan üzərindən ixrac edəcək