REGİONLAR
Naxçıvanın ən qocaman sakini Şərurun Kürçülü kəndində yaşayır VİDEO
Şərur, 10 avqust, AZƏRTAC
Naxçıvan Muxtar Respublikasının ən qocaman sakini Şərur rayonu Kürçülü kəndində yaşayan Qönçə Hümbətovadır.
AZƏRTAC xəbər verir ki, 118 yaşlı Qönçə nənə 1898-ci ildə Qərbi Azərbaycanın Vedi rayonunun Qədirli kəndində anadan olub. 1905-ci ildə ermənilərin Qədirli kəndini talan etməsindən sonra o, ailəsi ilə Naxçıvana köçüb.
Uzunömürlülüyün sirrlərindən danışan Qönçə nənə bunu zəhmətkeş olması, işdən qorxmaması, sağlam qidalanması və Naxçıvanın gözəl havası, saf suyu ilə əlaqələndirib.
Qönçə nənənin bir oğul övladı, 4 nəvəsi, 8 nəticə və 16 kötücəsi var.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.04.2024 [16:43]
Türk dövlətləri parlamentlərinin komitə sədrləri Şuşaya gəliblər
- 26.04.2024 [15:39]
Xocalı al lalələrlə bəzənib FOTO
- 26.04.2024 [14:59]
“Naxçıvançay 1” qum-çınqıl yatağında 2 hektar sahə hərraca çıxarılıb
- 26.04.2024 [14:35]
Milli Oftalmologiya Mərkəzinin Dəmiryolu Səyyar Klinikası Balakəndə
- 26.04.2024 [12:33]