REGİONLAR


Naxçıvanın enerji təminatının 70 faizi alternativ və bərpa olunan elektrik stansiyaları hesabına ödənilib

A+ A

Naxçıvan, 26 iyul, AZƏRTAC

Naxçıvan Muxtar Respublikasının enerji təminatında əsas yeri Günəş və su elektrik stansiyaları tutur. Belə ki, 2016-cı ilin 6 ayında muxtar respublikada elektrik enerjisinə olan tələbatın 70 faizi bu elektrik stansiyalarında istehsal olunub.

Naxçıvan Muxtar Respublikası Dövlət Energetika Agentliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, agentlik tərəfindən bu ilin ötən dövründə elektrik stansiyalarında, yüksək və alçaq gərginlikli elektrik verilişi xətlərində, müxtəlif gərginlikli transformator yarımstansiyalarında qrafik əsasında əsaslı və cari təmir işləri aparılıb.

Bu dövrdə Naxçıvan şəhərində və rayon mərkəzlərində mövcud hava elektrik verilişi xətlərinin kabel xətləri ilə əvəz edilməsi sahəsində görülən işlər davam etdirilib, muxtar respublikanın şəhər və kəndlərində 20 yeni transformator yarımstansiyası quraşdırılıb, 19 kilometr uzunluğunda 10 və 0,4 kilovoltluq yeni elektrik verilişi xətti çəkilib, 49 transformator təmir edilib.

Naxçıvan şəhərində smartkart tipli sayğacların qoyulması işləri davam etdirilib, 2300 ədəd belə sayğac quraşdırılıb. Bundan başqa, muxtar respublikada elektrik enerjisindən sayğacdankənar istifadənin qarşısının alınması diqqətdə saxlanılıb, yaşayış məntəqələrində mütəmadi reydlər keçirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.