REGİONLAR


Naxçıvanın şanlı keçmişini özündə yaşadan tarixi abidələr FOTOREPORTAJ

A+ A

Naxçıvan, 29 avqust, AZƏRTAC

Hər bir xalqın qədimliyi həm də onun əsrlər boyu yaratdığı abidələrində yaşayır. Azərbaycanın ən qədim yaşayış və mədəniyyət mərkəzlərindən olan Naxçıvan diyarı xalqımızın tarixi keçmişini parlaq şəkildə əks etdirən qədim abidələr, mağaralar, yaşayış yerləri, möhtəşəm qalalar, qayaüstü rəsmlər, daş qoç heykəlləri və türbələrlə zəngindir.

Naxçıvan ərazisində mövcud olan tarixi abidələrdən – Möminə xatın, Qarabağlar, Yusif Küseyiroğlu, Gülüstan və Nuh peyğəmbərin türbələri, Əlincə qalası, Naxçıvanqala, tarixi təbiət abidələrimizdən Əshabi-Kəhf, Haçadağ, Duzdağ, Babək qalası, Dəvəboynu və başqaları keçmişimizi bu günə daşıyan maddi və milli sərvətlərimizdir.

Ümummilli lider Heydər Əliyev Naxçıvanın hər daşının, hər qayasının tarixin canlı şahidi olduğunu bildirərək deyirdi: “Naxçıvan Azərbaycan xalqının tarixini əks etdirən abidələri özündə cəmləşdirən bir diyardır. Bu kiçik ərazidə həddindən çox dünya miqyaslı tarix-memarlıq abidələri yaşayıb və bu gün də yaşayır. Onların hər biri Azərbaycan xalqının həm tarixini, həm mədəniyyətini, həm də adət-ənənələrini göstərən abidələrdir”.

Muxtar respublika ərazisində yerləşən bu abidələr tariximizin daş yaddaşı kimi qorunur, onların bərpası diqqət mərkəzində saxlanılır. Son 21 ildə Naxçıvanda 70-ə yaxın tarix və mədəniyyət abidəsi əsaslı təmir və bərpa edilib.

AZƏRTAC-ın Naxçıvan Muxtar Respublikasındakı bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.