ELM VƏ TƏHSİL


Naxçıvanın zəngin yeraltı filiz sərvətlərinin öyrənilməsinə mühüm töhfə

Bakı, 13 may, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Geologiya və Geofizika İnstitutunun (GGİ) metasomatizm və filizəmələgəlmə sektorunun rəhbəri və baş elmi işçisi, geologiya mineralogiya elmləri doktoru Cəbrayıl Azadəliyevin və mərhum Fuad Kərimovun “Naxçıvan Muxtar Respublikasının endogen yataqlarının metasomatizmi və filizləşməsi” monoqrafiyası çapdan çıxıb.

GGİ-dən AZƏRTAC-a bildiriblər ki, rus dilində yazılmış irihəcmli kitabda elmi cəhətdən böyük maraq daşıyan regional və kontakt-termal metamorfizm məsələləri uzun illər ərzində geniş tədqiq edilərək sistemləşdirilib. Həmçinin zəngin filizliliyə malik metasomatitlərin və endogen polimetal, mis-molibden porfir, qızıl, qızılsaxlayan çoxlu sayda yataqlar, mis-molibden-volfram-qalay və başqa filizləşmələrin xarakter xüsusiyyətlərini əks etdirən birinci dərəcəli məsələlər qabardılıb. Elm və istehsalat üçün qızıl, gümüş kimi nəcib metallara və digər qiymətli faydalı qazıntılara dair səmərəli təkliflər irəli sürülüb.

Monoqrafiya metasomatizm və filizəmələgəlmə, genetik mineralogiya, geokimya və endogen filiz yataqlarının genezisi sahəsində tədqiqat aparan alimlər və istehsalatda çalışan geoloqlar, magistrantlar, doktorontlar və dissertantlar üçün faydalı ədəbiyyat mənbəyidir. “Elm” nəşriyyatında çapdan buraxılmış monoqrafiyanın baş redaktoru akademik Vasif Babazadədir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.