REGİONLAR
Naxçıvanlı alimin monoqrafiyası Almaniyada nəşr edilib
Naxçıvan, 11 noyabr, AZƏRTAC
AMEA Naxçıvan Bölməsi İncəsənət, Dil və Ədəbiyyat İnstitutunun dilçilik şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Zülfiyyə İsmayılın “Theoretical problems of word creation in the dialects and accents of Nakhchivan and the Eastern Anatolia” (Naxçıvan və Şərqi Anadolu dialekt və şivələrində söz yaradıcılığının nəzəri məsələləri) adlı monoqrafiyası Almaniyada ingilis dilində nəşr olunub.
AMEA Naxçıvan Bölməsinin informasiya şöbəsindən AZƏRTAC-a bildirilib ki, kitab Almaniyanın nüfuzlu beynəlxalq “Lambert Academic Publishing” nəşriyyatının baş direktoru Anna Ziminanın təşəbbüsü ilə çap olunub. Monoqrafiya giriş, iki fəsil, nəticə, ədəbiyyat siyahısı və əlavələrdən ibarətdir.
Yeni tədqiqat əsərində zəngin məhəlli dil faktları ilə yanaşı, son illərin nəşri olan 130-dək elmi ədəbiyyatdan istifadə olunaraq ilk dəfə sistem halında Azərbaycan dilinin Naxçıvan qrupu dialekt və şivələrində söz yaradıcılığı ilə bağlı araşdırma aparılır.
Kitabın ilk fəslində Naxçıvanın dialekt və şivələrinin tədqiq olunma səviyyəsi geniş şəkildə təhlil edilir. Növbəti yarımfəsildə Naxçıvanın dialekt və şivələrində qədim tarixin izləri araşdırılır və faktlarla sübuta yetirilir.
Monoqrafiyanın digər yarımfəslində isə Naxçıvanın dialekt və şivələrinin leksik sistemində fono-semantik söz yaradıcılığının qanunauyğunluqları aşkara çıxarılır, bu prosesdə yaranan modellər müəyyənləşdirilir.
İkinci fəsildə isə Naxçıvanın dialekt və şivələri üzrə birhecalı sözlərin quruluş dəyişmələrində baş verən keçidləri araşdırılır, qədim türk leksik bazası əsasında dialektal törəmələri və onların modelləri göstərilir. Həmçinin mürəkkəb sözlərin sadələşmə prosesində fono-semantik dəyişmələrin ümumi qanunları aşkarlanır, məhəlli sözlərin formalaşmasında baş verən fonetik hadisələrin sistemi ortaya çıxarılır. Qeyd edək ki, bütün bu prosesləri müəllif tarixi-müqayisəli metod tətbiq edərək araşdırır.
Gələcəkdə hazırlanacaq çoxcildli dialektoloji lüğətlər və şivə leksikası üzrə araşdırmalara yeni istiqamət və material vermək, eyni zamanda,