REGİONLAR


Naxçıvanlı gənc alim Rusiya Təbiətşünaslıq Akademiyasının professoru seçilib

Naxçıvan, 9 iyun, AZƏRTAC

AMЕA Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutunun sorbsiya prosesləri laboratoriyasının rəhbəri, kimya üzrə fəlsəfə doktoru, dosent Günel Məmmədova Rusiya Federasiyasının Təbiətşünaslıq Akademiyasının professoru seçilib.

AMEA Naxçıvan Bölməsinin İnformasiya Şöbəsindən AZƏRTAC-a bildirilib ki, gənc alim bu ada elm sahəsindəki xidmətlərinə, həmin elm ocağı ilə əlaqələrin inkişafındakı fəaliyyətlərinə görə layiq görülüb.

Qeyd edək ki, Günel Məmmədova 100-dən çox elmi məqalənin, 3 kitabın müəllifidir. Onun yerli xammal əsasında alınan “Erionit tipli seolitin alınma üsulu” və “Tomsonit tipli seolitin alınma üsulu” adlı ixtiraları Azərbaycan Respublikası Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin patentinə layiq görülüb.

Bundan əlavə, gənc alim ötən il Krasnoyarsk şəhərində fəaliyyət göstərən Elmi-İnnovasiya Mərkəzi tərəfindən elmi tədqiqatların inkişafında roluna görə fəxri fərmanla təltif olunub. Günel Məmmədovanın bir neçə məqaləsi ABŞ-ın nüfuzlu “Şüşənin fizikası və kimyası” (Glass Physics and Chemistry) jurnalında rus və ingilis dillərində nəşr edilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.