REGİONLAR


Naxçıvanlılar Heydər Əliyevin əziz xatirəsini dərin ehtiramla yad ediblər

Naxçıvan, 11 may, AZƏRTAC

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü muxtar respublikanın hər yerində olduğu kimi, Şərur rayonunda da geniş qeyd olunub. Mayın 10-da rayon ictimaiyyətinin nümayəndələri dahi rəhbərin icra hakimiyyətinin qarşısındakı əzəmətli abidəsi önünə gəlib, Ümummilli Liderə, onun əbədiyaşar siyasətinə sadiq olduqlarını bir daha nümayiş etdirib, abidə önünə tər güllər düzüblər.

Babək rayonunda da görülən işlərin Heydər Əliyev ideyalarına sadiqlikdən qaynaqlandığını dərk edən rayon sakinləri Ümummilli Liderimizin anadan olmasının 94-cü ildönümünü yüksək əhval-ruhiyyə ilə qeyd ediblər. Rayon mərkəzindəki Heydər Əliyev prospektində Ulu Öndərimizin əzəmətlə ucalan abidəsi önünə yüzlərlə insan toplaşaraq dahi şəxsiyyətə öz sevgilərini bir daha nümayiş etdirib, abidə önünə gül dəstələri qoyublar.

Ulu Öndərimizin “Azərbaycanın incisi” adlandırdığı Ordubad rayonunun sakinləri də xalqımızın böyük oğlu, ümummilli lider Heydər Əliyevin Ordubad şəhərindəki büstü önünə gələrək, dahi rəhbərin əziz xatirəsini dərin ehtiramla yad edib, abidə önünə gül dəstələri qoyublar.

Xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü Culfa rayonunda da böyük bayram əhval-ruhiyyəsi ilə qeyd olunub. Rayon sakinləri dahi şəxsiyyətin anadan olmasının 94-cü ildönümündə Ulu Öndərimizin Culfa şəhərindəki büstü önünə gələrək, görkəmli dövlət xadiminin əziz xatirəsinə hörmət və ehtiramlarını ifadə ediblər.

Ulu Öndərin anadan olmasının 94-cü ildönümü muxtar respublikanın hər yerində olduğu kimi, Şahbuz rayonunda da geniş qeyd olunub. Rayon ictimaiyyətinin nümayəndələri Ulu Öndərin Şahbuz şəhərinin mərkəzində ucaldılmış büstü önünə tər gül dəstələri düzüb, görkəmli dövlət xadiminə bir daha öz dərin ehtiramlarını bildiriblər.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü Kəngərli rayonunda da geniş qeyd edilib. Xalqımızın böyük oğlunun rayon mərkəzindəki abidəsi yüzlərlə insanın axın etdiyi məkana çevrilib. Rayon ictimaiyyəti, bölgənin müxtəlif idarə, müəssisə kollektivləri ulu öndər Heydər Əliyevin əzəmətli abidəsini ziyarət etməklə, dahi şəxsiyyətə olan hörmət və ehtiramlarını bir daha nümayiş etdiriblər.

Sədərək rayonunda rayon ictimaiyyətinin nümayəndələri Heydərabad qəsəbəsinin mərkəzində ucalan Ulu Öndərin büstünü ziyarət edib, önünə gül dəstələri düzüblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.