ELM VƏ TEXNOLOGİYA


Nazik qabarcıqlı pərdə suyu duzdan təmizləməyə kömək edəcək

A+ A

Bakı, 25 avqust, AZƏRTAC

Massaçusets Texnologiya Universitetinin professoru Qan Çen və onun tələbəsi Corc Ni günəş distillatorunun təkmilləşdirilməsiylə bağlı işlər görürlər. Məlumdur ki, əsrlər boyu insanlar suyun təmizlənməsi üçün müxtəlif qurğulardan istifadə ediblər. Bu cür qurğulara qara dibli şüşə qabı aid etmək olar.

AZƏRTAC mir24.tv saytına istinadla xəbər verir ki, günəş şüaları altında qabın içindəki su buxarlanaraq kondensasiya olunur. Nəticədə kondensasiya olunmuş buxar təmiz su şəklində ayrı boru vasitəsilə digər qaba süzülür. Təbii yolla bu proses çox gec həyata keçdiyindən onu günəş istiliyini artıra bilən optik linzalardan istifadə edərək sürətləndiriblər. Lakin linzalar maddi baxımdan sərfəli olmadığı üçün alimlər onları karbon köpüyündə üzən incə qrafit qatı, daha sonra isə mavi metalkeramiklə əvəz etsələr də aparılan təcrübələr uğursuz nəticə verib.

Aparılmış müşahidələr zamanı Qan Çen incə əşyaların qablaşdırılması üçün nəzərdə tutulmuş nazik plastik qabarcıqlı pərdənin yüksək keyfiyyətli istilik izolyatoru olduğunu aşkarlayıb. Belə ki, təmizləyici cihazın üzərini sözügedən material ilə örtərək alimlər ənənəvi vasitədən 20 dəfə daha sərfəli olan texnologiyanın köməyi ilə suyu təmizləməyə nail olublar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.