SİYASƏT


Nazim İbrahimov: Xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması prosesi uğurla davam edir

Bakı, 30 dekabr, AZƏRATC 

Bu gün xaricdə yaşayan azərbaycanlıların təşkilatlanması prosesi uğurla davam edir. Təşkilatlar qurulur, müxtəlif mərkəzlər yaradılır. Bu məsələ Prezident İlham Əliyevin xüsusi diqqət mərkəzindədir. Ulu Öndərin siyasətini uğurla davam etdirən dövlətimizin başçısı xaricdə yaşayan azərbaycanlılara hər zaman böyük diqqət və qayğı göstərir.

Bu fikirləri Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov jurnalistlərə müsahibəsində deyib.

Ümummilli Liderin təsis etdiyi Dünya Azərbaycanlılarının Həmrəylik Gününün əhəmiyyətindən danışan komitə sədri bildirib ki, bu, önəmli gündür və dünya azərbaycanlılarının birliyində çox mühüm rol oynayır. İllər keçdikcə biz Ulu Öndərin bu addımının nə qədər müdrik bir addım olduğunu görürük.

Nazim İbrahimov deyib ki, xaricdə yaşayan azərbaycanlılar bir-biriləri ilə mütəmadi əlaqə saxlayır, bütün məsələlərdə bir yerdə olurlar. Azərbaycanın haqq səsinin dünyaya çatdırılmasında onlar böyük işlər görürlər, dövlətimizin başçısının qarşıya qoyduğu vəzifələri yerinə yetirirlər. Onlar çalışırlar ki, gələcəkdə dünya azərbaycanlılarının həmrəyliyi daha yüksək səviyyəyə çatsın və Azərbaycanın əsl elçilərinə çevrilsinlər.

Azərbaycanlı iş adamlarının forumu ilə bağlı suala cavabında komitə sədri bunun çox gözəl bir ideya olduğunu deyib. O deyib ki, forumda iştirak etmək üçün çoxlu sayda müraciətlər edildi. Ona görə də bu tədbirin gələcəkdə geniş səviyyədə keçirilməsi qərara alındı.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.