SİYASƏT


Nazir: Beynəlxalq təşkilatlarda səmərəli əməkdaşlıq Azərbaycan-Sudan əlaqələrinin inkişafına təkan verir

Bakı, 1 avqust, AZƏRTAC

Xarici işlər naziri Elmar Məmmədyarov Azərbaycan Respublikası və Sudan Respublikası arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə sudanlı həmkarı İbrahim Qandura təbrik məktubu ünvanlayıb.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, nazir məktubda ötən 25 ildə istər ikitərəfli, istərsə də beynəlxalq təşkilatlar, xüsusilə BMT və İƏT çərçivəsində həyata keçirilən səmərəli əməkdaşlığın ölkələrimiz arasında münasibətlərin inkişafına təkan verdiyini bildirib. O, həmçinin BMT, İƏT, Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminliyini ifadə edib. E.Məmmədyarov Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü beynəlxalq təşkilatlar çərçivəsində pisləyən, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyən qətnamələrin qəbul edilməsində dost Sudanın dəstəyinə görə minnətdarlığın bildirib.

Nazir ölkələrimiz arasında mövcud dostluq münasibətlərinə söykənərək, birgə səylərlə ikitərəfli əməkdaşlığın Azərbaycanın və Sudanın çiçəklənməsi və hər iki xalqın rifahı naminə daha da inkişaf etdirilməsinə nail olunacağına əminliyini ifadə edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.