İQTİSADİYYAT


Nazir: İraq neft hasilatının məhdudlaşdırılmasına qarşı çıxır

A+ A

Bakı, 24 oktyabr, Nihad Budaqov, AZƏRTAC

Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) ən böyük ikinci istehsalçısı olan İraq neft bazarında sabitliyi yaratmaq üçün həyata keçirilməsi nəzərdə tutulan hasilatın miqdarının məhdudlaşdırılması ilə bağlı razılığa qarşı çıxır.

AZƏRTAC “bloomberght.com”a istinadla xəbər verir ki, İraqın neft sənayesi naziri Cabbar Əli əl-Layibi ölkəsinin hasilatın məhdudlaşdırılması təşəbbüsünə qoşulmayacağını bəyan edib.

“Çünki İraq İŞİD ilə müharibə şəraitindədir. Biz OPEC-in siyasətinə və OPEC birliyinə daxilik. Lakin bu vəziyyət bizim ziyanımıza olmamalıdır”, - deyə Cabbar Əli əl-Layibi əlavə edib.

Nazir bildirib ki, İraqın sentyabrda gündəlik neft hasilatı 4,7 milyon barreldən çox olub və bu həcm arta bilər.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.