Nazir müavini: Gübrə satışında heç bir qiymət artımı yoxdur
Şəki, 3 mart, Mustafa Dadaşov, AZƏRTAC
Hazırda ölkəmizdə mineral gübrələrin 70 faizi dövlət tərəfindən subsidiyalaşdırılır. Əvvəllər isə bu rəqəm 50 faiz təşkil edirdi.
AZƏRTAC xəbər verir ki, bunu kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev Şəkidə jurnalistlərə açıqlamasında deyib.
Son zamanlar manatın məzənnəsinin dəyişməsi ilə əlaqədar gübrə satışında süni qiymət artımına yol verməmək üçün qabaqlayıcı tədbirlərin həyata keçirildiyini deyən İ.Quliyev qeyd edib ki, bu günlərdə Kənd Təsərrüfatı Nazirliyinin rəhbərliyi gübrə satışı ilə məşğul olan təşkilatların nümayəndələri, fermer və sahibkarlarla görüşüb, qarşılıqlı fikir mübadiləsi aparılıb. Hazırda gübrələrin satışı əvvəlki qaydada davam edir, heç bir qiymət artımı yoxdur.
Nazir müavini “Yaz tarla işlərinə hazırlıq və məhsuldarlığın yüksəldilməsi üçün qarşıda duran vəzifələr” mövzusunda Şəkidə keçirilən regional müşavirədən də danışaraq bildirib ki, belə müşavirələr məhsul istehsalçılarına məsləhət-informasiya xidmətinin göstərilməsi məqsədi daşıyır. “Fermerlərlə açıq fikir mübadiləsinin aparılması, şübhəsiz ki, kənd təsərrüfatı işlərinin yüksək səviyyədə həyata keçirilməsinə və məhsul istehsalının artmasına öz töhfəsini verəcək”, - deyə İ.Quliyev əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]
Bu il Balakənin fındıq bağlarından 6 min tondan çox məhsul gözlənilir
ABŞ-də iki böyük hava limanında uçuşlar dayandırılıb
- 21.09.2026 [23:54]
Trampın iştirakı ilə Qrenlandiya sazişi sentyabrın 22-də imzalanacaq
- 21.09.2026 [23:28]
Saatlıda regionlarda kibertəhlükəsizlik məsələləri müzakirə olunub
- 21.09.2026 [22:50]
Tahir Gözel: “Qarabağ” gələcək nəsillərə qalacaq bir mirasdır
- 21.09.2026 [22:16]
Hörmüz boğazı yaxınlığında gün ərzində ikinci gəmi vurulub
- 21.09.2026 [21:54]
"Turan Tovuz"–"Fənərbağça" matçının biletləri satışa çıxarılır
- 21.09.2026 [21:39]
Azərbaycan cüdoçuları dünya çempionatında daha 3 medal qazanıblar
- 21.09.2026 [21:36]
Bu saata olan əsas xəbərlər
- 21.09.2026 [20:00]
ABŞ Belarusdan kalium gübrəsi almaq üçün saziş üzərində işləyir
- 21.09.2026 [19:23]
Seyid Yəhya Bakuvi və Azərbaycan təsəvvüf ədəbiyyatı
- 21.09.2026 [19:12]
Belqradda Azərbaycanın milli kulinariya nümunələri nümayiş etdirilib
- 21.09.2026 [19:01]
Xəzərdə zəlzələ olub
- 21.09.2026 [19:00]