ELM VƏ TEXNOLOGİYA


Nazirlər Kabineti AMEA-nın bəzi məsələləri haqqında qərar qəbul edib

A+ A

Bakı, 20 iyul, AZƏRTAC 

Nazirlər Kabineti Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) bəzi məsələləri haqqında qərar qəbul edib.

AZƏRTAC xəbər verir ki, baş nazirin birinci müavini Yaqub Eyyubovun imzaladığı sənədə əsasən Azərbaycan Milli Elmlər Akademiyasının Eroziya və Suvarma İnstitutu Torpaqşünaslıq və Aqrokimya İnstitutu ilə birləşdirilərək onların bazasında Torpaqşünaslıq və Aqrokimya İnstitutu yaradılıb.

AMEA-nın Fəlsəfə və Hüquq İnstitutunun hüquq elmləri üzrə struktur bölmələri və müvafiq ştat vahidləri ləğv edilərək Hüquq və İnsan Haqları İnstitutunun struktur tərkibinə verilib. Fəlsəfə və Hüquq İnstitutu “Fəlsəfə İnstitutu” adlandırılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.