ELM VƏ TƏHSİL


“Nə? Harada? Nə zaman?” intellektual oyununda 3 nömrəli məktəbin komandası qalib gəlib

Bakı, 12 may, AZƏRTAC 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə bağlı “Məktəblinin dostu” pilot layihəsinə daxil olan məktəblərdə “Nə? Harada? Nə zaman?” intellektual oyununun final turu keçirilib.

Təhsil Nazirliyindən AZƏRTAC-a bildiriblər ki, “NORM” MMC-nin və “HUAVEI” kompaniyasının dəstəyi ilə keçirilən finalda hər məktəbin qalib komandaları iştirak edib.

Final oyunu hər biri 12 sualdan ibarət olmaqla üç turdan ibarət olub. 36 sualdan sonra 3 nömrəli tam orta məktəbin komandası qalib seçilib.

İkinci yerə 57 nömrəli, üçüncü yerə isə 189-190 nömrəli məktəblərin komandaları layiq görülüb.

Qalib komandanın hər bir üzvünə “HUAWEI” smartfonu hədiyyə olunub. İlk üç yerin sahibinə isə həvəsləndirici medal və sertifikatlar verilib.

Sonda layihənin rəhbəri Rüstəm Ağayev qalib komandaya “Məktəblinin dostu” kubokunu təqdim edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.