CƏMİYYƏT


“Nə? Harada? Nə zaman?” oyunu üzrə VII çağırış kubokunun seçim turları keçirilir

A+ A

Bakı, 21 noyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi, Xəzər İntellektual Gənclər Klubunun təşkilatçılığı ilə reallaşan “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə VII çağırış kubokunun seçim turları keçirilir.

AZƏRTAC xəbər verir ki, yarışın keçirilməsində məqsəd Azərbaycan gənclər siyasətinin önəmli istiqamətlərindən biri olan intellektual hərəkatın inkişafı, gənclərin asudə vaxtının səmərəli təşkili, regionda intellektual potensialın gücləndirilməsidir.

Turnir çərçivəsində Bakıda və regionlarda seçim turlarının təşkilinə start verilib. Artıq Quba, Şəki, Gəncə, Goranboy, Mingəçevir, Naxçıvan və Bakının ali təhsil ocaqlarında seçim turlarına yekun vurulub. Seçim turlarında 200-dən çox komanda iştirak edib. Yaxın zamanda Lənkəran, Tərtər və digər rayonlarda da seçim turları keçiriləcək.

Layihənin seçim turları bitdikdən sonra final mərhələsi təşkil olunacaq. Final mərhələsində ölkə üzrə 60-dan çox komanda iştirak edəcək. Bu mərhələdə ən yaxşı nəticə göstərən 8 komanda və region komandaları arasında ilk dördlüyə sahib kollektivlər “breyn-rinq” oyununa vəsiqə qazanacaq. Bölgə komandaları arasında ən yaxşı nəticə göstərəcək komanda regionlar kubokuna, məktəblilər üçün ayrıca oynanılacaq yarışda isə ən yaxşı məktəbli komandası xüsusi kuboka sahib olacaq.

Final mərhələsi dekabrın 4-də Bakıda keçiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.