CƏMİYYƏT


Nə üçün insanlar yuxuda danışırlar?

A+ A

Bakı, 17 avqust, AZƏRTAC

Alimlərin fikrincə, planetimizin orta hesabla hər 20 sakinindən biri yuxuda danışır.

AZƏRTAC “healthvesti.com” saytına istinadla bildirir ki, yuxuda danışmaqla bağlı tədqiqatçıların apardığı unikal eksperiment bütün həkimləri təəccübləndirib. Tibb işçiləri müşahidələr zamanı insanı yuxuda danışdıracaq başlıca səbəbi aşkar edə biliblər. Mütəxəssislər müşahidə ediblər ki, insanlar xüsusilə uşaq yaşlarında danışırlar ki, bu da tam normaldır. Lakin yaşlı adamlarda bu cür davranış beyin mexanizminin pozulmasına gətirib çıxara bilər. Zəif və güclü cinsin bəzi nümayəndələri gecə yuxuda aydın danışırlar. Bu, insanın yuxunun dərin fazasında olmamasını göstərir. Aydın olmayan danışıq delta yuxusu zamanı baş verir.

Tibb işçiləri əmindirlər ki, yuxuda danışmaq hansısa patologiyaya aid deyil. Bu hal yayılıb və insan sağlamlığı üçün təhlükə törətmir. Nadir hallarda kişi və qadınlarda epilepsiya kimi fizioloji xəstəlik yarana bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.