İQTİSADİYYAT


“Neft Daşları” yatağında yeni quyu istismara verilib

A+ A

Bakı, 12 oktyabr, AZƏRTAC

“Neft Daşları” yatağındakı 1954A nömrəli estakadayanı meydançadan 2687 nömrəli quyu qazmadan sonra istismara verilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şirkətin Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki altı lay dəstəsinə qazılan quyu 1376-1373 metr intervaldan sutkalıq 10 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Quyu “Azneft” İstehsalat Birliyinin (İB) “Neft Daşları” neft və qazçıxarma idarəsinin (NQÇİ) sifarişi ilə qazılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.