İQTİSADİYYAT


“Neft Daşları” yatağında yeni quyu istismara verilib

A+ A

Bakı, 9 avqust, AZƏRTAC 

“Neft Daşları” yatağındakı 1954A nömrəli estakadayanı meydançadan 2682 nömrəli quyu qazmadan sonra istismara verilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki altı lay dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib, 1205-1187 metr intervaldan sutkalıq 21 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” neft və qazçıxarma idarəsinin (NQÇİ) sifarişi ilə qazılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.