İQTİSADİYYAT


“Neft Daşları” yatağında yeni quyu istismara verilib

A+ A

Bakı, 26 avqust, AZƏRTAC

“Neft Daşları” yatağındakı 2585 nömrəli stasionar dəniz özülündən 2581 nömrəli quyu qazmadan sonra istismara verilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şirkətin Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılan quyu fontan üsulu ilə məhsul verib, 2670-2665 metr intervaldan sutkalıq 20 ton neft və 4 min 200 kubmetr qaz hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” neft və qazçıxarma idarəsinin (NQÇİ) sifarişi ilə qazılıb.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.