İQTİSADİYYAT


“Neft Daşları” yatağında yeni quyu istismara verilib

A+ A

Bakı, 9 sentyabr, AZƏRTAC

“Neft Daşları” yatağındakı 516A nömrəli estakadayanı meydançadan qazılmış 2248 nömrəli quyu istismara verilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Kompleks Qazma İşləri Tresti tərəfindən məhsuldar qatın X horizontuna qazılan quyu qazlift üsulu ilə məhsul verərək, 615-605 metr intervaldan sutkalıq 10 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıb.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.