İQTİSADİYYAT


“Neft Daşları” yatağında yeni quyu istismara verilib

A+ A

Bakı, 21 sentyabr, AZƏRTAC 

“Neft Daşları” yatağındakı 2150 nömrəli stasionar dəniz özülündən 2162 nömrəli quyu qazmadan sonra istismara verilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, şirkətin Kompleks Qazma İşləri Tresti tərəfindən qirməki üstü qumlu lay dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul verib, 1854-1848 metr intervaldan sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib. Quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” neft və qazçıxarma idarəsinin (NQÇİ) sifarişi ilə qazılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.