İQTİSADİYYAT
“Neft Daşları” yatağında yeni quyu istismara verilib
Bakı, 31 may, AZƏRTAC
“Neft Daşları” yatağında yeni quyu istismara verilib.
SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki,“Azneft” İstehsalat Birliyi tərəfindən “Neft Daşları” yatağında hasilatın artırılması üçün yeni quyuların qazılması işləri uğurla davam etdirilir. Bu günlərdə “Neft Daşları” yatağındakı 2585 nömrəli stasionar dəniz özülündən 2583 nömrəli quyu qazmadan sonra istismara verilib. Quyu məhsuldar qat çöküntülərinin X horizontundan fontan üsulu ilə məhsul verib, 2070-2053 metr intervaldan sutkalıq 23 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.
Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi tərəfindən həyata keçirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]