İQTİSADİYYAT


“Neft Daşları” yatağında yeni quyu qazılır

A+ A

Bakı, 21 noyabr, AZƏRTAC

“Neft Daşları” yatağındakı 602A nömrəli özüldə 2665 nömrəli quyunun qazma işləri davam etdirilir.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin (NQÇİ) sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 1750 metrdir.

Geoloqların hesablamalarına görə, quyudan sutkada 10 ton neft hasil olunacağı nəzərdə tutulur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.