İQTİSADİYYAT


“Neft Daşları” yatağındakı 2646 nömrəli quyu istismara verilib

A+ A

Bakı, 1 dekabr, AZƏRTAC 

“Neft Daşları” yatağındakı 1637A nömrəli estakadayanı meydançadan qazılmış 2646 nömrəli quyu qazmadan sonra istismara verilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azneft” İstehsalat Birliyi “Neft Daşları” yatağında neft və qaz hasilatının stabil saxlanılması və artırılması istiqamətində tədbirlər görməkdə davam edir. Birliyin sifarişi ilə “Neft Daşları” yatağındakı 1637A nömrəli estakadayanı meydançadan qazılmış 2646 nömrəli quyu qazmadan sonra istismara verilib. Quyu qirməki altı lay dəstəsi (1010-1005 metr intervaldan) horizontundan qazlift üsulu ilə mənimsənilib və sutkalıq 12 ton neft hasilatı ilə istismar fonduna daxil edilib.

Quyuda istismar işləri “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” neft və qazçıxarma idarəsi (NQÇİ) tərəfindən həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.