İQTİSADİYYAT


“Neft Daşları”nda yeni quyu istismara verilib

Bakı, 14 iyun, AZƏRTAC

“Neft Daşları” yatağında yeni quyu istismara verilib.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, şirkətin “Azneft” İstehsalat Birliyi hasilatın artırılması məqsədilə quyu fondunun genişləndirilməsi istiqamətində mühüm işlər görür. “Neft Daşları” yatağındakı 602A nömrəli stasionar dəniz özülündən 2666 nömrəli quyu qazmadan sonra istismara verilib. Quyu məhsuldar qat çöküntülərinin Qirməki altı lay dəstəsindən fontan üsulu ilə məhsul verib, 1442-1436 metr intervaldan sutkalıq 22 ton neft hasilatı ilə istismar fonduna qəbul edilib.

Quyuda istismar işləri “Neft Daşları” Neft və Qazçıxarma İdarəsi (NQÇİ) tərəfindən həyata keçirilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.