İQTİSADİYYAT


“Neft Daşları”nda yeni quyu qazılır

Bakı, 17 may, AZƏRTAC

“Neft Daşları” yatağında 1637A nömrəli estakadayanı meydançadan 2644 nömrəli quyuda qazma işlərinə başlanılıb.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” neft və qazçıxarma idarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qala lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 1900 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft və 1000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.