İQTİSADİYYAT


Neft Fondu indiyədək “Şahdəniz”in işlənməsindən 2,5 milyard dollar qazanıb

Bakı, 7 fevral, Nihad Budaqov, AZƏRTAC

2007-ci ildən bu il yanvarın 1-dək Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) “Şahdəniz” yatağının işlənməsi layihəsindən 2 milyard 506 milyon ABŞ dolları gəlir əldə edib.

Bu barədə AZƏRTAC-a ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Qeyd edək ki, ötən ilin yanvar-iyul aylarında Dövlət Neft Fonduna “Şahdəniz” yatağının işlənməsindən 64 milyon dollar vəsait daxil olub. İyuldan bu vaxtadək isə ARDNF “Şahdəniz”in işlənməsindən gəlir əldə etmir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.