İQTİSADİYYAT


Neft Fondu neft-qaz hasilatı üzrə istifadə olunan avadanlıqları əldə etmək istəyənlərə müraciət edib

Bakı, 19 yanvar, AZƏRTAC

Hasilatın Pay Bölgüsü Sazişləri (HPBS) çərçivəsində çalışan xarici neft şirkətləri tərəfindən Azərbaycan Respublikası Dövlət Neft Fonduna (ARDNF) təhvil verilmiş neft və qaz hasilatı sahəsində istifadə olunan avadanlıqlar və digər aktivləri əldə etmək niyyətində olan şəxslər yanvarın 27-dək ARDNF-ə müraciət edə bilərlər. Əlavə məlumat üçün, ARDNF-in material texniki təchizat şöbəsinin baş mütəxəssisi Abdulla Böyükkişiyevlə əlaqə saxlamaq olar. Telefonlar: 498-77-53, 498-62-55 (daxili 1004).

Bu barədə AZƏRTAC-a Dövlət Neft fondundan bildirilib.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.