İQTİSADİYYAT
Neft Fondunda Azərbaycan və Macarıstan arasında qarşılıqlı investisiya imkanları müzakirə olunub
Bakı, 28 iyun, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondunda Azərbaycan və Macarıstan arasında qarşılıqlı investisiya imkanları müzakirə olunub.
Fonddan AZƏRTAC-a bildirilib ki, müzakirələr Azərbaycan Respublikası Dövlət Neft Fondunun İcraçı direktoru Şahmar Mövsümov ilə Macarıstanın xarici işlər və ticarət naziri, Azərbaycan Respublikası Hökuməti və Macarıstan Respublikası Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Piter Siyartonun rəhbərlik etdiyi nümayəndə heyəti arasında keçirilən görüşdə aparılıb.
Görüşdə, həmçinin Azərbaycan və Macarıstan arasındakı iqtisadi əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri, ölkələr arasında qarşılıqlı investisiya imkanları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.