İQTİSADİYYAT


Neft Fondunda MHŞT üzrə Çoxtərəfli Qrupun iclası keçirilib

A+ A

Bakı, 21 dekabr, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Neft Fondunda (ARDNF) Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün (MHŞT) Azərbaycanda tətbiqinə dair Çoxtərəfli Qrupun (ÇQ) növbəti iclası keçirilib.

ARDNF-dən AZƏRTAC-a bildirilib ki, Dünya Bankının nümayəndələrinin iştirakı ilə keçirilən ÇQ-nin iclasında MHŞT məlumatlarının dövlət qurumlarının hesabatvermə mexanizmlərinə inteqrasiya edilməsi yolu ilə mütəmadi açıqlanması, bu mexanizmin tətbiqi ilə bağlı bank tərəfindən göstəriləcək texniki yardımla bağlı məsələlər müzakirə edilib.

İclasda, eyni zamanda, 2015-ci ili əhatə edən MHŞT Hesabatı, MHŞT Beynəlxalq İdarə Heyətinin Azərbaycana dair qəbul etdiyi islahedici tədbirlər üzrə Fəaliyyət Planı, MHŞT-nin Azərbaycanda təsirinin təhlilinə dair şərtlər toplusu, 2016-cı il üzrə iş planının icra vəziyyəti, 2017-ci il üzrə illik iş planının məqsədlərinin milli prioritetlərə uyğun olaraq müəyyənləşdirilməsi və MHŞT məlumatlarının əldə edilməsi, dərc edilməsi və təkrar istifadəsi haqqında ÇQ-nin siyasəti kimi məsələlər də müzakirə edilib və müvafiq qərarlar qəbul edilib.

Dünya Bankının nümayəndələri tərəfindən ÇQ üzvləri üçün MHŞT məlumatlarının dövlət qurumlarının hesabatvermə mexanizmlərinə inteqrasiya edilməsi yolu ilə mütəmadi açıqlanmasının tətbiqinə dair seminar da keçirilib.

MHŞT xüsusi çoxtərəfli və şirkətlər, hökumətlər, sərmayəçilər və vətəndaş cəmiyyəti təşkilatları tərəfindən dəstəklənən könüllü təşəbbüsdür. Təşəbbüs neft, qaz və mədən hasilatı sahəsində şəffaflığın təmin edilməsində qlobal standartdır. Azərbaycan MHŞT prosesinə 2003-cü ildə qoşulub. MHŞT-nin tətbiqi sahəsində əldə etdiyi nailiyyətlərə görə Azərbaycana “2009-cu il MHŞT mükafatı” təqdim olunub.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.