İQTİSADİYYAT
Neft Fondundan dövlət büdcəsinə doqquz ayda 7 milyard manatdan çox vəsait transfert edilib
Bu ilin doqquz ayında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) 2014-cü il büdcəsinin icrası çərçivəsində dövlət büdcəsinə 7 399,7 milyon manat vəsait transfert edilib.
ARDNF-in ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, həmin müddətdə “Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinə, Cənubi Qafqaz Boru Kəmərinin genişləndirilməsinə, TANAP və TAP layihələri üzrə yaradılmış səhmdar cəmiyyətin birbaşa dövlət mülkiyyətində olan səhmlərinin maliyyələşdirilməsinə 40 milyon manat, “STAR” neft emalı kompleksinin tikintisinə isə 223,5 milyon manat vəsait ayrılıb.
Neft fondu hesabat dövründə, həmçinin qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 254,2 milyon manat, Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına 24,8 milyon manat, “Bakı-Tbilisi-Qars yeni dəmir yolu” layihəsinin maliyyələşdirilməsinə 47,5 milyon manat, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə isə 18 milyon manat vəsait yönəldilib.
Yanvar-sentyabr aylarında Neft Fondunun idarə edilməsi ilə bağlı xərclər 33,5 milyon manat təşkil edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]