İQTİSADİYYAT
Neft Fondunun 2016, 2017, 2018-ci illər üzrə maliyyə fəaliyyətinin auditini “Price Waterhouse Coopers” şirkəti həyata keçirəcək
Bakı, 12 iyul, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) 2016, 2017, 2018-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək məqsədilə Azərbaycanın dövlət satınalmaları haqqında qanunvericiliyinə uyğun olaraq xidmət təkliflərinin cəlb olunması prosedurunu keçirib. Xidmət təklifləri sorğusuna əsasən, Azərbaycanda fəaliyyət göstərən nüfuzlu beynəlxalq auditor təşkilatları tərəfindən təqdim olunmuş təkliflərin qiymətləndirilməsi nəticəsində, ən münasib təklif vermiş “Price Waterhouse Coopers” şirkəti müsabiqənin qalibi müəyyən edilib.
Fondun ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, ARDNF haqqında Əsasnaməyə uyğun olaraq, Azərbaycan Respublikasının Prezidenti tərəfindən Fondun 2016, 2017, 2018-ci illər üzrə maliyyə fəaliyyətinin auditini keçirmək üçün auditor təyin olunub.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 29.08.2023 [10:10]
Azərbaycan neftinin qiyməti dəyişməyib
- 29.08.2023 [10:09]
Dünya birjalarında neft ucuzlaşıb
- 28.08.2023 [16:31]
“Şahdəniz” yatağından ümumilikdə 200 milyard kubmetr qaz hasil olunub
- 28.08.2023 [10:06]
Dünya birjalarında neft bahalaşıb
- 26.08.2023 [12:09]
Qaz xətlərinin yerin altı ilə aparılması qəti qadağandır – Xəbərdarlıq
- 26.08.2023 [10:19]
Azərbaycan neftinin qiyməti 88 dolları ötüb
- 26.08.2023 [10:15]
Dünya birjalarında neft bahalaşıb
- 25.08.2023 [10:22]