İQTİSADİYYAT
Neft Fondunun investisiya portfelinə daxil olan qızılın miqdarında heç bir dəyişiklik baş verməyib
Bakı, 4 avqust, AZƏRTAC
Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARNDF) investisiya portfelinə daxil olan qızılın miqdarı hazırda 30 ton 175 kiloqram (970 146 troya unsiyası) təşkil edir və cari ildə qızılın miqdarında heç bir dəyişiklik baş verməyib.
Bu barədə AZƏRTAC-a Neft Fondundan bildirilib.
Qeyd edilib ki, ARNDF-nin investisiya portfelinə daxil olan qızılın Mərkəzi Bankdan ARDNF-nin inzibati binasında yerləşən xəzinəyə daşınması prosesi bu il tam başa çatdırılıb. Fondun investisiya portfelinə daxil olan qızıl yatırımları ilə bağlı məlumatlar ARDNF-nin rüblük və illik hesabatları vasitəsilə mütəmadi olaraq ictimaiyyətə çatdırılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.03.2024 [14:28]
“YAŞAT” Fondu tərəfindən dəstək tədbirləri davam edir VİDEO
- 28.03.2024 [11:05]
Mərkəzi Bank uçot dərəcəsini endirib
- 28.03.2024 [10:34]
Qərbi Azərbaycan İcması bəyanat yayıb
- 28.03.2024 [09:00]
Dövlətin və xalqın təhlükəsizliyi ilə bağlı 105 il VİDEO
- 27.03.2024 [15:37]