ELM VƏ TƏHSİL
Neft-Kimya Prosesləri İnstitutu İzmir Katip Çelebi Universiteti üçün kadrlar hazırlayacaq
Bakı, 15 noyabr, AZƏRTAC
Türkiyənin İzmir şəhərində fəaliyyət göstərən Katip Çelebi Universitetinin rektoru, professor Qalib Akhan və bu ali təhsil ocağının prorektoru, professor İbrahim Kocabaş Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasovla görüşüb.
İnstitutdan AZƏRTAC-a bildiriblər ki, əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə birgə elmi-tədqiqat işlərinin aparılması, bu elm müəssisəsində həmin universitet üçün yanacaq, alternativ enerji, farmakoloji kimya üzrə kadrların hazırlanması nəzərdə tutulub.
Sonra institutda fəaliyyət göstərən akademik Y.Məmmədəliyevin Memorial Muzeyi ilə tanış olan qonaqlara azərbaycanlı alimin elmi yaradıcılığı haqqında məlumat verilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]