ELM VƏ TEXNOLOGİYA


Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşları beynəlxalq jurnalın redaksiya heyətinin üzvü seçiliblər

A+ A

Bakı, 4 noyabr, AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutunun (NKPİ) direktoru, akademik Vaqif Abbasov və texnika elmləri doktoru, professor Leylufər Əliyeva ABŞ-da “Natural Sciences Publishing” (USA) şirkəti tərəfindən nəşr olunan “Kimya elmləri və tətbiqlər” beynəlxalq jurnalının redaksiya heyətinin tərkibinə daxil ediliblər.

NKPİ-dən AZƏRTAC-a bildiriblər ki, ildə üç nömrəsi nəşr olunan jurnal 2007-ci ildə təsis edilib.

Kimya elminin bütün sahələrini əhatə edən nəşrdə bu istiqamətdə aparılan elmi-tədqiqatların nəticələri dərc olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.