İQTİSADİYYAT


“Neft daşları”nda yeni quyu qazılır

Bakı, 12 may, AZƏRTAC

“Neft daşları” yatağında 620A nömrəli stasionar dəniz özülündən 2622 nömrəli quyuda qazma işlərinə başlanılıb.

SOCAR-ın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, “Azneft” İstehsalat Birliyinin “Neft daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə Kompleks Qazma İşləri Tresti tərəfindən Qirməki üstü qumlu lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 1600 metrdir.

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 10 ton neft və 1000 kubmetr qaz hasil olunacağı nəzərdə tutulur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.