İQTİSADİYYAT


Neft hasilatı üzrə müqavilədən sonra bazarın tarazlığına dair proqnozlarda fərqlilik var

Bakı, 16 dekabr, Nihad Budaqov, AZƏRTAC 

Neft bazarında nə vaxt yenidən tarazlığa nail olacağına dair proqnozlar 2017-ci ilin ilk yarısından 2018-ci ilə qədər geniş bir zamanı əhatə edir.

AZƏRTAC xəbər verir ki, qlobal neft təklifinə təsiri nəzərdə tutan OPEC müqaviləsindən sonra Beynəlxalq Enerji Agentliyi, OPEC, Səudiyyə Ərəbistanı və ABŞ hökumətinin neft bazarına dair ehtimalları bir-birindən fərqlənir.

Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, dekabrın 10-də OPEC ilə 11 qeyri-OPEC neft istehsalçı arasında qəbul edilən müqavilə gələn ilin ilk altı ay ərzində qarşıdakı üç illik təklif çoxluğunu azaltmağa yönəlib.

OPEC-in proqnozuna görə, ehtiyatlar 2017-ci ilin ikinci yarısına qədər azalmağa başlayacaq.

ABŞ-ın Enerji İnformasiya Administrasiyasının (EIA) hesabatına görə, neft bazarında tarazlığın yaranması üçün 2017-ci il hələ ki, erkən tarixdir. Qurum neft ehtiyatlarının 2017-ci ildə gündəlik 420 barrel artacağını nəzərdə tutur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.