İQTİSADİYYAT


Neft hasilatının azaldılmasına dair sazişin müddəti daha doqquz ay uzadıla bilər

Bakı, 23 may, Nihad Budaqov, AZƏRTAC 

Neft İxrac edən Ölkələr Təşkilatına üzv və (OPEC) təşkilata daxil olmayan 11 ölkənin neft hasilatının azaldılması üzrə əldə etdiyi sazişin müddəti daha doqquz ay uzadıla bilər.

AZƏRTAC “bloombeg.com”a istinadla xəbər verir ki, İraq neft hasilatının azaldılması üzrə sazişin müddətinin daha uzun müddətə uzadılmasını dəstəkləyib. Belə ki, İraqın neft sənayesi naziri Cabbar Əli əl-Layibi bu gün Bağdadda Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Əbdüləziz Əl Falih ilə keçirdiyi görüşdən sonra ölkəsinin sazişin daha uzun müddətə uzadılmasına dəstək verəcəyini bildirib.

Bu da onu deməyə əsas verir ki, OPEC və bəzi qeyri-OPEC ölkələri bu tarixi sazişin müddətinin daha doqquz ay uzatmağa hazırlaşırlar.

24 ölkənin nümayəndələri mayın 25-də Vyanada toplaşaraq sazişin uzadılması məsələsini müzakirə edəcək. Azərbaycanın energetika naziri Natiq Əliyev də həmin iclasda iştirak edəcək.

Xatırladaq ki, OPEC üzrə gündəlik neft hasilatının 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə edilib. Bundan başqa, OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən də Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıblar. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması, yaxud digər başqa bir qərarın qəbulu OPEC Nazirlər Şurasının mayın 25-də Vyanada keçiriləcək 172-ci iclasında müəyyənləşəcək.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.