İQTİSADİYYAT


Neft hasilatının azalmasına görə onun əmtəə ehtiyatları tükənə bilər

A+ A

Bakı, 13 fevral, AZƏRTAC

Neft hasilatının azaldılması barədə Vyana sazişinə riayət edilməsi dünyada neftin əmtəə ehtiyatlarının artıq 2017-ci ilin birinci yarısında xeyli azalmasına gətirib çıxara bilər. Rusiya Energetika Nazirliyinin “Yanacaq-Energetika Kompleksinin Analitik Mərkəzi” direktorluğunun rəhbəri Pavel Sorokinin fikrincə, belə vəziyyət neftin bir barrel üçün qiymətinin 50-60 dollar civarında saxlanılmasına imkan verəcək.

O, RBK telekanalına müsahibəsində deyib: “Bazar iştirakçıları müsbət dinamika görür və başa düşürlər ki, bu, ehtiyatlara da təsir göstərəcək. Sazişin şərtlərinə riayət olunsa, artıq ilin birinci yarısında əmtəə ehtiyatlarının əhəmiyyətli dərəcədə azalmasını gözləmək olar”.

P.Sorokin vurğulayıb: “Xüsusən Çin kimi ölkələrdə azalmanın ümumi həcminə, habelə tələbatın artmasına (yəqin ki, çox sanballı olacaq) baxsaq, onda bu il bazarın vəziyyətinin daha sağlam olacağından danışmaq olar”.

OPEC ötən il noyabrın 30-da gündəlik hasilatı 1,2 milyon barrel – 32,5 milyon barrelə qədər azaltmaq barədə razılıq əldə edib. OPEC-in üzvü olmayan ölkələr isə dekabrın 10-da gündəlik hasilatı ümumən 558 min barrel, o cümlədən Azərbaycan 35 min barrel azaltmaq barədə razılığa gəliblər. 2017-ci ilin birinci yarısı üçün imzalanan bu sazişin müddəti uzadıla bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.