İQTİSADİYYAT


Neft investorları OPEC-in hasilata dair razılığa gələcəyi ilə bağlı nikbindirlər

A+ A

Bakı, 29 noyabr, Nihad Budaqov, AZƏRTAC 

İnvestorlar sabah Vyanada keçiriləcək Neft İxrac edən Ölkələr Təşkilatının (OPEC) Nazirlər Şurasının 171-ci iclasında neft hasilatının azaldılması üzrə razılıq əldə olunacağı ilə bağlı nikbindirlər.

AZƏRTAC xəbər verir ki, mütəxəssislərin “qara qızıl”ın qiymətinin artacağına dair gözləntiləri, eləcə də OPEC-in Vyana iclası ərəfəsində neftin qiyməti son bir aydan daha uzun bir müddətdə ən böyük artımı göstərib. Bu proseslər fonunda isə neft investorları OPEC-in razılığa gələcəyi ilə bağlı nikbin fikirdədirlər.

Qeyd edək ki, OPEC-ə üzv ölkələr təşkilatın sentyabrın 29-da Əlcəzairdəki qeyri-rəsmi iclasında neft bazarında sabitliyin yaranması üçün hasilatın gündəlik 32,5-33 milyon barrel səviyyəsində məhdudlaşdırılmasına qərar veriblər. Hazırda OPEC və qeyri-OPEC ölkələri istehsalın nə qədər azaldılacağını müəyyənləşdirməyə çalışırlar.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.