İQTİSADİYYAT


Neft-qaz sektorunda kiber təhlükəsizliyə ildə 1,8 milyard dollar sərmayə qoyulacaq

A+ A

Bakı, 24 sentyabr, Nihad Budaqov, AZƏRTAC

Enerji şirkətləri neft və təbii qaz sektorlarının kiber təhlükəsizliyi üçün 2018-ci ildən etibarən bu sahəyə hər il 1 milyard 870 milyon dollar investisiya sərf edəcək.

AZƏRTAC xəbər verir ki, bu barədə Dünya Enerji Şurasının yayımladığı hesabatda deyilir. Bildirilir ki, son 40 ildə təbii fəlakət səviyyəsində baş vermiş iqlim hadisələrinin sayının dörd dəfə artması enerjiyə olan tələbatın artmasına səbəb olub. Enerji sektoru mənfi iqlim dəyişiklikləri, enerji-su-qida əlaqəsi və kiber hücumlar kimi risklərin təhdidi altındadır. Bu risklər qarşısında enerji sektorunun müqavimətli ola bilməsi üçün “ağıllı həllər” üzərində işləmək lazımdır.

Enerji sektorunun əkinçilikdən sonra suya ən çox ehtiyac duyan sektor olduğu bildirilən hesabatda, enerji təchizatının 98 faizinin su ilə bağlı olduğu qeyd edilib.

Dünya Enerji Şurası baş katibi Kristof Frei isə hesabatla bağlı etdiyi qiymətləndirmədə deyib: “Gələcəkdə neft-qaz sektorunu böyüdəcək və inkişaf etdirəcək investisiyaların təmin edilməsi bizim üçün ən mühüm vəzifələrdən biridir”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.