İDMAN
Neft, qaz və kimya sənayesi işçiləri arasında voleybol turnirinə yekun vurulub
Bakı, 29 noyabr, AZƏRTAC
“Neftçi İdman Klubu” neft, qaz və kimya sənayesi işçiləri arasında voleybol turniri keçirib.
AZƏRTAC xəbər verir ki, yarışda 7 komanda 2 qrupda mübarizə aparıb.
Turnirin keçirilməsində əsas məqsəd neft, qaz və kimya sənayesi işçilərinin sağlamlıqlarının qorunması, onların fiziki hazırlıq və kütləvi idman vərdişlərinin davam etdirilməsi, neftçilər arasında bədən tərbiyəsinin kütləviliyinin inkişafı və sahə həmkarlar ittifaqlarının respublika spartakiadasına yığma komandanın komplektləşdirilməsi olub.
Yarışın final qarşılaşmasında İnformasiya Texnologiyaları və Rabitə İdarəsini 2:0 hesabı ilə məğlub edən “Bos Şelf” komandası turnirin qalibi adını qazanıb. İnformasiya Texnologiyaları və Rabitə İdarəsi ikinci, “Qaz İxrac” İdarəsi isə üçüncü olublar.
Mükafatçılar “Neftçi İdman Klubu” tərəfindən diplom və qiymətli xatirə hədiyyələri ilə mükafatlandırılıblar.