İQTİSADİYYAT


Neft sektoru üzrə əsas kapitala 4,3 milyard manat yönəldilib

Bakı, 2 avqust, AZƏRTAC

Cari ilin yanvar-iyun aylarında neft sektoru üzrə əsas kapitala 4 milyard 334 milyon manat vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, ilin ilk yarısında neft sektorunda 12 milyard 324,6 milyon manat dəyərində ümumi məhsul istehsal olunub. Sənayenin neft sektorunda istehsal əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 7,2 faiz azalıb. Sənaye məhsulunun 70,1 faizi mədənçıxarma sektorunda istehsal olunub.

Neft sektorunda orta aylıq əməkhaqqı isə 3 min 83,4 manat təşkil edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.