İQTİSADİYYAT


Neft və qazçıxarma idarəsində sementin analizi laboratoriyası fəaliyyətə başlayıb

A+ A

Bakı, 28 mart, AZƏRTAC

“Azneft” İstehsalat Birliyinin (İB) Hacı Zeynalabdin Tağıyev adına neft və qazçıxarma idarəsində (NQÇİ) sementin analizi laboratoriyası fəaliyyətə başlayıb.

İstehsalat Birliyindən AZƏRTAC-a bildirilib ki, neft və qaz quyularının sementlənməsi prosesi olduqca məsuliyyətli əməliyyatdır və burada istifadə olunan tamponaj sementinin keyfiyyətinin ölçülməsi mütləq vacib məsələdir. 2014-cü ildə Tamponaj və Layların Neftveriminin Artırılması İdarəsi ləğv olunana qədər tamponaj sementinin keyfiyyətinin ölçülməsi bu idarənin nəzdində fəaliyyət göstərən sementin analizi laboratoriyasında həyata keçirilirdi. İdarə ləğv olunduqdan sonra tamponaj sementinin keyfiyyətinin ölçülməsi zərurəti yaranmışdı. “Azneft” İB-nin rəhbərliyi tərəfindən sözügedən laboratoriyanın birliyin nəzdində yaradılmasına dair müvafiq göstəriş verilmişdi.

Laboratoriyanın H.Z.Tağıyev adına NQÇİ-nin elmi tədqiqat və istehsalat işləri sahəsinin nəzdində yaradılması prosesi artıq başlayıb. Laboratoriya lazımi avadanlıqlar və cihazlarla təchiz olunub. Burada tamponaj sementinin keyfiyyətini ölçmək tam mümkündür. Laboratoriyada “Azneft” İB-nin bütün neft və qaz çıxarma idarələri üçün quyuların sementlənməsi zamanı istifadə olunan tamponaj sementinin fiziki-mexaniki parametrləri təyin olunur. Bütün bunlar istifadə olunan tamponaj sementinin keyfiyyət göstəricilərini nəzarətdə saxlamağa və parametrlərin texniki şərtlərə uyğun gəlməsinə zəmin yaradır.

Laboratoriyada quyudibi ətrafına təsir üsullarından biri olan ingibirləşdirilmiş xlorid turşusunun təhlili də aparılır. Belə ki, bu turşu qəbul edilərkən ondan nümunə götürülür və laboratoriyada turşunun bütün parametrləri təyin olunur, nəticələr alınma pasportundakı parametrlərlə müqayisə olunur. Müqayisənin nəticələri müvafiq struktur bölmələrinə göndərilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.