REGİONLAR
Neftçala: 15 min hektara yaxın sahənin suvarma suyu ilə təminatı yaxşılaşacaq
Neftçala, 22 iyun, Mahir Babayev, AZƏRTAC
Neftçalada uzunluğu 25 kilometr olan magistral kanalın tikintisi uğurla davam edir.
AZƏRTAC xəbər verir ki, kanal istifadəyə verildikdən sonra illərlə su çatışmazlığından əziyyət çəkən rayonun Xol zonasının 7 yaşayış məntəqəsinin 15 min hektara yaxın əkin sahəsinin suvarma suyu ilə təminatı yaxşılaşacaq.
Magistral kanalın nasos stansiyası ilə birlikdə tikintisinə 2006-cı ildə başlanılıb. İş icraçısı Pənah İsmayılov AZƏRTAC-a bildirib ki, hazırda 9,5 kilometr kanal çəkilib. Bu ilin iyul ayının 15-dək isə daha 4 kilometr hissədə tikintinin başa çatdırılması nəzərdə tutulub. Artıq kanalın bu hissəsinin 2 kilometrində işlər başa çatıb. Digər 2 kilometrlik hissədə isə işlər sürətlə aparılır.
Eni 12, dərinliyi isə 3 metr olan magistral kanaldan saniyədə 15 kubmetr su ötürüləcək ki, bununla da kəndlərin əhalisi istənilən vaxt əkin sahələrini normal suvara biləcəklər.