REGİONLAR


Neftçala Rayon Mərkəzi Xəstəxanasında aparılan əsaslı təmir işləri yekunlaşıb

Neftçala, 25 may, Mahir Babayev, AZƏRTAC 

Neftçala Rayon Mərkəzi Xəstəxanasında aparılan əsaslı təmir işləri yekunlaşıb.

AZƏRTAC xəbər verir ki, ayrı-ayrı binalarda yerləşən xəstəxana bundan sonra yeni tibb şəhərciyində fəaliyyət göstərəcək.

Ötən əsrin 70-ci illərində istifadəyə verilən tibb müəssisəsində uzun illər əsaslı təmir işləri aparılmadığına görə səhiyyə ocağında müasir tibbi xidmətinin təşkilində müəyyən çətinliklər yaranırdı. Bu zərurət nəzərə alınaraq, dövlətimizin başçısının müvafiq Sərəncamı ilə ayrılan vəsait hesabına xəstəxanada əsaslı təmir işləri aparılıb.

Yeddi korpusdan ibarət olan xəstəxana şəhərciyi müasir tələblər əsasında demək olar yenidən tikilib. Ən yeni avadanlıq və tibbi ləvazimatlarla təchiz olunan səhiyyə müəssisəsində əhalinin kompleks şəkildə müayinə və müalicəsi üçün hər cür şərait yaradılıb. Xəstəxanada ilk dəfə olaraq böyrək çatışmazlığından əziyyət çəkən xəstələrə dializ xidməti də göstəriləcək.

Səhiyyə ocağında əsaslı təmir işləri nəticəsində 90 mindən çox rayon əhalisinə göstərilən tibbi xidmətin səviyyəsi daha da yaxşılaşacaq.

Yaxın günlərdə tibb ocağı səhiyyə işçilərinin istifadəsinə veriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.